Qəbul

Qəbula yazıl

Aşağıdakı formanı doldurun — məlumatlar WhatsApp mesajına çevrilir və siz göndərmədən əvvəl mətni görürsünüz. Heç bir məlumat bu saytda saxlanılmır və serverə göndərilmir.

Ad və soyadınızı yazın.
Düzgün telefon nömrəsi yazın.
Müraciət səbəbini seçin.

WhatsApp açıldı. Mesaj göndərilmirsə, +994 55 320 83 86 nömrəsinə zəng edə bilərsiniz.

Forma məlumatı yalnız sizin cihazınızda mesaja çevrilir. Sayt heç nə saxlamır və serverə göndərmir. Təcili hallarda formanı doldurmayın — 103.

Qəbul necə keçir

  1. Söhbət

    Şikayətin nə vaxt başladığı, necə dəyişdiyi, keçmiş xəstəlik və əməliyyatlar, qəbul etdiyiniz dərmanlar aydınlaşdırılır. Bu mərhələ diaqnozun ən vacib hissəsidir.

  2. Fiziki müayinə

    Şikayətə uyğun nahiyə müayinə olunur.

  3. Mövcud nəticələrin qiymətləndirilməsi

    Gətirdiyiniz analiz, görüntüləmə və biopsiya nəticələri birlikdə nəzərdən keçirilir. Bir çox halda təkrar müayinəyə ehtiyac qalmır.

  4. Plan

    Lazım olan əlavə müayinələr təyin edilir və ya nəticələr kifayətdirsə, müalicə variantları müzakirə olunur. Əməliyyat lazım gələrsə, gözlənilən fayda və mümkün risklər izah edilir.

Yenilənib: